18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyə Azərbaycanın əczaçılıq sahəsinə 100 milyon dollar investisiya yatıracaq
Tarix: 11-02-2022 17:29 | Bölmə: İqtisadiyyat
Türkiyə Azərbaycanın əczaçılıq sahəsinə 100 milyon dollar investisiya yatıracaq

Türkiyə şirkəti Azərbaycanın əczaçılıq sahəsinə 100 milyon ABŞ dolları dəyərində investisiya yatırmaq üçün icazə alıb.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, yaxın zamanda bu sövdələşməyə imza atılacaq.

"Türkiyə və Azərbaycan arasında dərin münasibətlər var: “İki ölkə arasındakı əlaqələr getdikcə dərinləşir. İstər hərbi, istər energetika, istərsə də iqtisadi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bakıda türk iş adamlarına aid 5 mindən çox kiçik, orta və böyük sahibkarlıq obyektləri var. Yəni, 5 min türk iş adamının Azərbaycanda qeydiyyatda olan şirkətləri var. Bunlar Azərbaycanda ticarətin, iş birliklərinin inkişafına töhfə verir. Türkiyə xidmət, turizm, səhiyyə, qida sektorunda öndə olan ölkələr sırasındadır. Türk iş adamlarının Azərbaycanda da bu sahələrdə fəaliyyəti bizim üçün çox önəmlidir. Bu sahələrdə çalışan insanların sərf etdiyi əmək hər iki ölkəyə də ayrı-ayrı məqamlarda töhfələr verir və verəcək",- səfir bildirib.

C.Bağcı vurğulayıb ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollara çatdırılması hədəflənir: “Türk iş adamları da bu məsələyə öz töhfəsini vermək üçün çalışırlar. Azərbaycanın hər bölgəsində yeni iş yerləri yaradılır. Aqrar sahədə, əczaçılıq sahəsində investisiyalar üçün icazələr alınıb və yaxında bu sahədə də yeniliklərə imza atılacaq. Eyni zamanda enerji sahəsindəki iş birlikləri getdikcə böyüyür. Bir sözlə bütün sahələrdə var olmağa çalışırıq. Sentyabr ayında 600-ə yaxın türk iş adamı Beynəlxalq Biznes Forumu çərçivəsində Bakıya səfər etmişdilər. Onların bir qismi yenidən Bakıya gəldilər və bir sıra sahələrdə əməkdaşlıq üçün Azərbaycanda görüşlər həyata keçirdilər".

Səfir qeyd edib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi hazırda 4 milyard ABŞ dollarını keçib və yaxın zamanda bu rəqəmin daha da yüksələcəyi gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər