18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Britaniyalı nazir: "Şimal dənizində təbii qazın hasilatına davam etməliyik"
Tarix: 14-02-2022 17:39 | Bölmə: İqtisadiyyat
Britaniyalı nazir: "Şimal dənizində təbii qazın hasilatına davam etməliyik"

"Böyük Britaniya enerji təhlükəsizliyi naminə Şimal dənizində təbii qazın hasilatına bundan sonra da davam etməlidir".

“The Times” nəşri xəbər verir ki, bunu ölkənin sahibkarlıq, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hənds bildirib.

Nazirin fikrincə, ölkədaxili hasilat hesabına Böyük Britaniya Rusiyadan asılı vəziyyətə düşmüş bir çox Avropa ölkələri qarşısında üstün mövqe qazanacaq/Report.

Hazırda ölkənin yeraltı qaz anbarlarında 850 milyon kubmetr "mavi yanacaq" var və mövcud templə istehlak davam edərsə, 5 həftəyə həmin ehtiyatlar tükənəcək.

2019-cu ildə “GreenPeace” Şimal dənizində yeni quyular qazılmasına qarşı etiraz aksiyaları keçirirdi. Lakin dünya bazarında qazın xeyli bahalaşması yenidən diqqəti Şimal dənizində hasilata yönəldib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər