18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukrayna böhranı ABŞ-ı varlandırır
Tarix: 15-02-2022 12:15 | Bölmə: İqtisadiyyat
Ukrayna böhranı ABŞ-ı varlandırır

Ukraynada böhranın kəskinləşməsi fonunda ABŞ-dan Avropaya mayeləşdirilmiş təbii qazın ixracı kəskin artıb.

Reyting.az
xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazıb.

Məqalənin müəllifi Daniel Yerginin fikrincə, ABŞ-da neft və qaz hasilatının artması ölkənin geosiyasi və iqtisadi sərvətinə çevrilərək rusiyalı rəqiblərini Avropa bazarından sıxışdırıb çıxarmağa imkan verib.

Neft və qaz sənayesi 2020-ci ilin yazında pandemiyadan qaynaqlanan qiymət çöküşündən xilas olmağa davam etdikcə, ABŞ yenidən dünyanın ən böyük neft istehsalçısı olub - iki rəqibi Səudiyyə Ərəbistanı və Rusiyadan təxminən 20 faiz yuxarı və dünyanın ən böyük təbii qaz istehsalçsıdır.

Müəllif eyni zamanda Amerika neft sənayesinin uğurunu birbaşa Ukrayna böhranının kəskinləşməsi ilə əlaqələndirib.

"Bu gün Amerikanın yeni neft və qaz mövqeyinin geosiyasi əhəmiyyətinə şübhə yoxdur. Ukrayna böhranı və Avropadakı enerji böhranı ABŞ-ın neft və qaz hasilatının qlobal təsirinə işıq salır", - Yergin bildirib.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı Avropa dövlətlərinin Rusiya qazından asılılığının azaldılmasının vacibliyini bəyan ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər