Azərbaycan ilə Macarıstan arasında bərpa olunan enerjiyə dair əməkdaşlıq genişlənəcək
Tarix: 15-02-2022 16:39 | Bölmə: İqtisadiyyat
Azərbaycan ilə Macarıstan arasında bərpa olunan enerjiyə dair əməkdaşlıq genişlənəcək

"Azərbaycan ilə Macarıstan arasında bərpa olunan enerji sahəsində, o cümlədən azad edilmiş ərazilərdə əməkdaşlığı genişləndirməyə dair danışıqlara başlanılıb".

Bunu Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni bildirib.

Azərbaycan ilə Macarıstanın münasibətlərini möhkəm əməkdaşlıq nümunəsi hesab edən diplomatın fikrincə, iki ölkə arasında iqtisadiyyat, təhsil və digər sahələrdə strateji əlaqələr bərqərar olub.

Belə ki, koronavirus pandemiyasına baxmayaraq, ikitərəfli ticarət dövriyyəsi azalmayıb, ötən ildən Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar bərpa edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}