18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Həbsdə olan keçmiş bankir yenə məhkəməyə verilib
Tarix: 15-02-2022 17:43 | Bölmə: İqtisadiyyat
Həbsdə olan keçmiş bankir yenə məhkəməyə verilib

“Zaminbank” ASC-nin Müşahidə Şurasının həbsdə olan sabiq sədri Nadir İsmayılov yenidən məhkəməyə verilib.

Onunla bağlı şikayətə Səbail Rayon Məhkəməsində baxılacaq.

Məlumata görə, şikayət kredit müqaviləsi öhdəliklərinin pozulması ilə bağlıdır/APA.

Qeyd edək ki, Nadir İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin fevralın 4-də çıxardığı hökmə əsasən, 14 il müddətinə azadlıqdan məhrum olunub.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib. Bununla yanaşı onun xeyli əmlakı da müsadirə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər