18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Mikayıl Cabbarov rəisi Aparat rəhbəri təyin edib
Tarix: 18-02-2022 14:08 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov rəisi Aparat rəhbəri təyin edib

İqtisadiyyat Nazirliyində kadr dəyişiklikəri olub.

Məlumata görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi Emil Qarayev Xidmətin Aparat rəhbəri təyin edilib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Emil Qarayev həmçinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsində rəisi vəzifəsini müvəqqəti icra edir.

Bir müddət öncə “Bank of Baku” ASC-nin İdarə Heyətinin üzvlüyü və maliyyə sahəsinin rəhbəri vəzifəsindən azad edilən Vüsal Eynullayev isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edir/Hit.az.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər