18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Bakı-Moskva-Bakı aviareysində uçuş marşrutu dəyişib
Tarix: 24-02-2022 12:02 | Bölmə: İqtisadiyyat
Bakı-Moskva-Bakı aviareysində uçuş marşrutu dəyişib

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.

AZAL-ın məlumatına görə, sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.

Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}