SOCAR Ukraynada avtomobillərə pulsuz yanacaq verəcək
Tarix: 26-02-2022 22:58 | Bölmə: İqtisadiyyat
SOCAR Ukraynada avtomobillərə pulsuz yanacaq verəcək

"SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək.

Reyting.az
xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov “Facebook” səhifəsində yazıb.

İ. Əhmədov qeyd edib ki, Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}