18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya bazarında təbii qaz və neft bahalaşıb
Tarix: 28-02-2022 09:51 | Bölmə: İqtisadiyyat
Dünya bazarında təbii qaz və neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb. olan fyuçers kotirovkalarının qiyməti artıb.

Reyting.az
-ın məlumatına görə, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,5 faiz artaraq 4,598 ABŞ dolları təşkil edib.

Təbii qazla yanaşı neftin də qiymətində artım qeydə alınıb. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 5,85 faiz artaraq 1 barelə görə 99,63 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 5,96 faiz artaraq 97,05 dollara çatıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər