18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Putin ölkəsini iqtisadi böhrandan çıxarmaq üçün yol axtarır
Tarix: 28-02-2022 14:37 | Bölmə: İqtisadiyyat
Putin ölkəsini iqtisadi böhrandan çıxarmaq üçün yol axtarır

Rusiya prezidenti Vladimir Putin bu gün ölkəsinin iqtisadi blokunun təmsilçiləri ilə birgə müşavirə keçirəcək.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, müşavirədə hökumət, Mərkəzi Bank və Prezident Administrasiyası nümayəndələrinin iştirakı ilə ölkə iqtisadiyyatdakı vəziyyət müzakirə olunacaq.

Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, Putin bu gün iqtisadi məsələlərlə məşğul olacaq:

"İqtisadi reallıq əsaslı şəkildə dəyişib. Ona görə də bu gün dövlət başçısı Baş nazir Mixail Mişustin, Baş nazirin birinci müavini Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankın başçısı Elvira Nabiullina, Əmanət Bankının başçısı German Qref və ola bilsin Prezident Administariyasının başqa nümayəndələri iqtisadi vəziyyəti müzakirə etmək üçün Kremlə dəvət olunublar".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər