18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb
Tarix: 01-03-2022 16:14 | Bölmə: İqtisadiyyat
Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb

Azərbaycanda fəaliyyət göstərən əksər banklar Rusiyaya məxsus “Contact” və “Zolotaya Korona” pulköçürmə sistemləri üzərindən əməliyyatlatı dayandırıblar.

Məlumata görə, hazırda banklar rublla nağd və nağdsız əməliyyatlar həyata keçirmir/Report.

Son nəticədə Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmələri digər xarici valyutalarda yerinə yetirilir.

Bundan başqa, banklarda rublla olan hesablara mədaxilə və rublla olan hesablardan məxaricə də məhdudiyyət tətbiq olunub. Rublda olan bir hesabdan digər hesaba pul köçürmələri üçün isə maksimal hədd tətbiq edilib.

Bununla belə, "Zolotaya Korona" pul köçürmələri xidmətinin direktoru İvan Sitnov Report-a deyib ki, transferlərdə hər hansı dəyişiklik yoxdur: "Zolotaya Korona” Azərbaycanda həmişəki kimi işləyir, biz oradakı tərəfdaşlarımızla daimi dialoqdayıq. Bütün ödənişlər müntəzəm olaraq istənilən valyuta üzrə həyata keçirilir".

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bir sıra Qərb ölkələri 1-ciyə qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin “ABŞ və onlara qoşulan ölkələrin qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalanılıb. Fərmana əsasən, bu gündən Rusiya rezidentlərinin xarici banklardakı hesablara pul köçürməsi qadağan olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər