18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Deputat: “Neft bazarında ciddi çaşqınlıq müşahidə olunur”
Tarix: 02-03-2022 13:53 | Bölmə: İqtisadiyyat
Deputat: “Neft bazarında ciddi çaşqınlıq müşahidə olunur”

“Neftin dünya bazar qiyməti yenidən 7 faiz bahalaşıb. Rusiya-Ukrayna müharibəsi fonunda neft bazarında ciddi çaşqınlıq müşahidə olunur”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, Brent markalı neftin bir bareli 112 dollar təklif olunur. Bu, Azərbaycan neftinin 115 dollardan baha satılacağı anlamına gəlir.

Onun sözlərinə görə, gündəlik 12 milyon barel neft hasil edən Rusiya öz istehsalı ilə enerji bazarında qiymətlərə təsir edən dövlətlərdəndir: “İnvestorlar genişlənən sanksiyalar fonunda Rusiyanın neft ixracatında dayanmaların olacağından və "qara qızıl" qıtlığının yaranacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır”.

V. Bayramov əlavə edib ki, müharibə yalnız qiymətləri artırmır, eyni zamanda neft bazarında "köpüklər" yaradır. Bu "köpüklər" isə hər zaman partlaya bilər. Bu isə o deməkdir ki, qiymətlərin kəskin artımı iqtisadi deyil, psixoloji və siyasi faktorlar ilə bağlıdır.

Deputat diqqətə çatdırıb ki, Rusiyaya qarşı sanksiyalar genişlənsə neft bazarındakı gərginlik hələ bir müddət müşahidə olunacaq. Amma neftin qiyməti müharibənin başlamasına verdiyi reaksiyanın əksi olaraq savaşın bitməsinə də verə bilər. Bu halda yenidən neft ucuzlaşar. Bununla belə, mövcud status-kvo neftin qiymətlərinin artmasını şərtləndirir. “Amma neft bazarında uzunmüddətli dayanıqlıqdan və stabillikdən danışmaq hələlik mümkün deyil”, - V. Bayarmov qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər