18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Britaniya XİN: “Rusiyanın neft və qazından asılılığı azaltmalıyıq”
Tarix: 03-03-2022 15:48 | Bölmə: İqtisadiyyat
Britaniya XİN: “Rusiyanın neft və qazından asılılığı azaltmalıyıq”

“Heç bir Rusiya bankının SWIFT-ə çıxışı olmadığından əmin olmalıyıq və Rusiyadan neft, qaz və kömür də daxil olmaqla, karbohidrogenlərdən asılılığı azaltmalıyıq”.

Bunu Britaniyanın Xarici İşlər Naziri Liz Tras Litvaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfrasında deyib.

Liz Tras bildirib ki, Putin Ukraynada məğlub olmalıdır: “Bizim iki aydın məqsədimiz var. Birincisi, Putin Ukraynada uduzmalıdır və biz Rusiya tanklarını dayandırmaq üçün Ukraynaya müdafiə silahları ilə kömək edərək daha çox iş görməliyik. İkincisi biz NATO-nun şərq cinahını gücləndiririk və Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələri vasitəsilə Avropanın təhlükəsizliyini dəstəkləyirik”,- deyə nazir bildirib.

Liz Tras sabah Brusseldə keçiriləcək Aİ-nin Xarici İşlər Şurasının növbədənkənar iclasında iştirak edəcəyini də təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər