18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Yaponiya Rusiya oliqarxlarının hesablarını dondurub
Tarix: 03-03-2022 17:34 | Bölmə: İqtisadiyyat
Yaponiya Rusiya oliqarxlarının hesablarını dondurub

Yaponiya hökuməti Rusiya oliqarxlarının ölkə banklarındakı hesablarının dondurulması ilə bağlı qərar qəbul edib.

TASS xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida martın 3-də bildirib.

“Bu gün biz rusiyalı “dzaybasu” (“pul klanı”- TASS) oliqarxlarının bank hesablarının dondurulması barədə qərar qəbul etmişik”, - Baş nazir söyləyib.

O əlavə edib ki, Yaponiya, Avropa İttifaqı və ABŞ-ın maliyyə sanksiyaları, o cümlədən Rusiya banklarının beynəlxalq banklararası ödəmə sistemi SWIFT-dən çıxarılması vacib addımdır: “Bu, Rusiyanın beynəlxalq ödəmə sistemi və dünya iqtisadiyyatından təcrid olunmasıdır”/Report.

Qeyd edək ki, martın 1-dən Yaponiya Rusiyanın 49 şirkət və təşkilatına, o cümlədən “Rosoboroneksport”, “Rostex”, Federal Təhlükəsizlik Xidməti, “İrkut”, “Proqress”ə qarşı sanksiya tətbiq edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər