18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib
Tarix: 03-03-2022 17:38 | Bölmə: İqtisadiyyat
Daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Reyting.az
xəbər verir ki, nəqliyyat vasitələrinə 13-ü elektron olmaqla, ümumilikdə 72 sifariş verilib.

Sifarişlərin çox olması isə hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2003-cü il olan “UAZ” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 1 500 manat olsa da, avtomobilin son qiyməti 5 850 manata çatıb. Həmçinin, ilkin satış qiyməti 4 000 manat olan “VAZ-21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 6 000 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3C9vYl2 )

Növbəti hərraclar 9, 15, 17, 29 və 31 mart tarixlərində keçiriləcək. Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər