18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Neftin qiyməti 185 dollara çata bilər
Tarix: 07-03-2022 10:40 | Bölmə: İqtisadiyyat
Neftin qiyməti 185 dollara çata bilər

Dünya bazarlarında "Brent" markalı neftin qiyməti 139 dollara çatıb.

"Bloomberg" agentliyinin məlumatına görə, neftin qiymətləri bu həddə çatandan sonra qismən ucuzlaşmağa başlayıb. Hazırda birjalarda "Brent" neftinin may fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır.

Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər olub.

"JPMorgan Chase & Co." agentliyinin proqnozlarına əsasən, Rusiyadan neft nəqlinin dayanacağı təqdirində "Brent" neftinin qiymətləri ilin sonunadək 185 dollara çata bilər.

Qeyd edək ki, neft qiymətləri 2008-ci ildə 143 dollar həddinədək çatmaqla tarixi rekordu vurmuşdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər