18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rus rublun çöküşü davam edir
Tarix: 07-03-2022 17:49 | Bölmə: İqtisadiyyat
Rus rublun çöküşü davam edir

Bazar ertəsi “Forex”də dollar və avronun rubla qarşı məzənnəsi tarixi maksimuma çatıb və hazırda cümə günü ticarətin bağlandığı andakı göstərici ilə müqayisədə, təxminən, 20% baha ticarət edilir.

Reyting.az
xəbər verir ki, saat 13:23-ə olan məlumata görə, “Forex”də avronun rubla nisbətdə məzənnəsi cümə günü ilə müqayisədə təxminən 20,4% artaraq bir avro üçün 143,37 rubl təşkil edib. Dolların məzənnəsi isə 27% - bir dollar üçün 133 rubla qədər artıb. Daha əvvəl isə ticarətin gedişində avronun məzənnəsi 145,869 rubl göstərici ilə maksimuma çatmış, dollar isə 140,2547 rubla qədər artmışdı.

Rusiya Bankının qərarına əsasən, bu gün Moskva birjasında valyuta ticarəti keçirilmir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər