Rusiya Qərbin sanksiyalarına cavab hazırlayır
Tarix: 09-03-2022 11:40 | Bölmə: İqtisadiyyat
Rusiya Qərbin sanksiyalarına cavab hazırlayır

Moskvanın Qərbin sanksiyalarına cavabı operativ və həssas olacaq. Cavab tədbirləri üzərində iş bütün istiqamətlərdə gedir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Birişevskiy bildirib.

"Cavab iqtisadi tədbirləri üzərində iş fasiləsiz, bütün istiqamətlərdə gedir. Bu tədbirlər işlənib hazırlanma mərhələsində əsasən qeyri-ictimai xarakter daşıyır. Lakin heç kəsin şübhəsi olmamalıdır ki, Rusiyanın sanksiyalara cavabı operativ, düşünülmüş və həssas olacaq”, deyə rusiyalı diplomat vurğulayıb/APA.

Rusiya XİN nümayəndəsi ölkəsinin cavab tədbirlərinin ticarət-maliyyə məhdudlaşdırılmalarına da aid olduğunu söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}