Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək
Tarix: 09-03-2022 14:14 | Bölmə: İqtisadiyyat
Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək

"Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər. Bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.

Reyting.az
xəbər verir ki, artıq bununla bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən "Visa" və "Mastercard" ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}