18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Avropa İttifaqı Rusiya və Belarusa yeni sanksiyalar tətbiq edib - Yenilənib
Tarix: 09-03-2022 20:12 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqı Rusiya və Belarusa yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı Şurası Ukraynaya hücumla əlaqədar Rusiya və Belarusa qarşı sanksiyaları təsdiq edib.

Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının bəyanatında deyilir.

"Belarusun SWIFT banklarına - "Belagroprombank", "Dabrabyt" və "İnkişaf Bankı" və onların törəmə şirkətlərinə girişin məhdudlaşdırılması;

Belarus Mərkəzi Bankı ilə əməliyyatlar qadağandır;

Aprelin 12-dən etibarən Belarusun dövlət müəssisələrinin səhmləri üçün Aİ-nin ticarət sessiyalarında lizinq və xidmətlər qadağandır;

Belarusun rezidentlərindən Avropa Bankında 100 min avrodan çox məbləğdə əmanət yerləşdirmək, mərkəzi depozitarlarda belaruslu müştərilərin hesablarını aparmaq və avro ilə qiymətli kağızları satmaq qadağandır;

Bundan əlavə, Rusiyaya dəniz naviqasiyası və radio rabitəsi məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq edilir".

Hüquqi şəxslərin və təşkilatların sanksiya siyahısı da genişləndirilib. Onlar investisiyalar, qiymətli kağızlar və maliyyə alətləri üzrə məhdudiyyətlərə məruz qalıblar.

***

Avropa İttifaqının 27 üzv dövlətinin liderləri Fransa paytaxtı Parisdə Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Urusla fon der Lyayen "Tvitter" səhifəsində bildirib:

"Məhdudiyyətlər Rusiya Federasiya Şurasının daha 160 üzvünə şamil ediləcək. Bundan əlavə, Belarus bankları, həmçinin Rusiyanın dəniz ixracat nəqliyyatının texnikasını, kripto hesabları dondurulacaq".

Fransa XİN-dən verilən məlumata görə, artıq tərəfdaşlar bu sanksiyalara bağlı ortaq qərar veriblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər