Avropada qazın qiyməti xeyli ucuzlaşıb
Tarix: 09-03-2022 18:02 | Bölmə: İqtisadiyyat
Avropada qazın qiyməti xeyli ucuzlaşıb

Avropada qazın qiyməti martın 4-dən sonra ilk dəfə olaraq, min kubmetr üçün 1 900 ABŞ dollarından aşağı düşüb.

Reyting.az
xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın aprel fyuçerslərinin qiyməti 1 894,3 ABŞ dolları səviyyəsinə enib. Bu isə ticarət sessiyasının əvvəli ilə müqayisədə 22% daha aşağıdır.

Xatırladaq ki, martın 7-də Avropadakı hərraclarda mavi yanacağın qiyməti 79% artaraq ilk dəfə 3900 ABŞ dollarına çatmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}