18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əli Əsədov Müşahidə Şurasının növbəti iclasını keçirib - Foto
Tarix: 10-03-2022 20:31 | Bölmə: İqtisadiyyat
Əli Əsədov Müşahidə Şurasının növbəti iclasını keçirib

Martın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin məlumatına görə, İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda 2021-ci ildə Holdinqin gördüyü işlər barədə hesabat, üç portfel şirkətin - “Azər-Türk Bank” ASC, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və “Təmiz şəhər” ASC-nin fəaliyyətinin diaqnostikasının nəticələri, portfel şirkətlərində Koordinasiya Ofislərinin təşkili haqqında və digər cari məsələlər müzakirə edilib.

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. Həmçinin iclasda diaqnostikanın nəticələri barədə aidiyyəti portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər