18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyanın həbs qoyulan qızıl ehtiyatları Ukraynaya verilə bilər
Tarix: 11-03-2022 17:16 | Bölmə: İqtisadiyyat
Rusiyanın həbs qoyulan qızıl ehtiyatları Ukraynaya verilə bilər

Ukrayna İqtisadiyyat Nazirliyi Rusiyanın hərbi müdaxiləsindən çəkdikləri zərəri qarşılamaq üçün bu ölkənin həbs qoyulmuş qızıl və valyuta ehtiyatlarını əldə etmək üçün yollar axtarır.

Bunu iqtisadiyyat nazirinin birinci müavini Denis Kudin telekörpü zamanı bildirib.

“Rusiya Mərkəzi Bankına məxsus 415 milyard dollar məbləğindəki qızıl və valyuta ehtiyatlarına Qərb hökumətləri tərəfindən həbs qoyulub. Bu vəsait birbaşa itkilərimizi qarşılamaq üçün kifayətdir. Həmin vəsaitlərin təzminat və bərpa işləri üçün Ukraynaya gətirilməsi üçün yaxın vaxtlarda başqa ölkələrin hökumətlərilə birgə müvafiq hüquqi mexanizm tapa biləcəyimizə inanırıq” – deyə o qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər