18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyanın valyuta ehtiyatının yarısı dondurulub - Dost olmayan ölkələrə borcu rublla ödəyəcəklər
Tarix: 14-03-2022 14:51 | Bölmə: İqtisadiyyat
Rusiyanın valyuta ehtiyatının yarısı dondurulub - Dost olmayan ölkələrə borcu rublla ödəyəcəklər

Rusiya Bankının qızıl-valyuta ehtiyatlarının yarısı sanksiyalara görə dondurulub.

Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib

"Bu, bizim ehtiyatlarımızın təxminən yarısıdır. Bizim ümumi ehtiyatlarımız təxminən 640 milyard dollardır, 300 milyarda yaxın ehtiyat indi elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik", deyə RF maliyyə naziri vurğulayıb.

Siluanov əlavə edib ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının bir hissəsi Çin valyutasındadır. Onun sözlərinə görə, hazırda Qərb dövlətləri Çinlə ticarəti məhdudlaşdırmaq üçün təzyiq göstərirlər: "Əlbəttə, yuanda malik olduğumuz ehtiyatlara çıxışı məhdudlaşdırmaq üçün təzyiqlər var. Düşünürəm ki, Çin ilə tərəfdaşlığımız bizə əldə etdiyimiz əməkdaşlığı qoruyub saxlamağa və nəinki qoruyub saxlamağa, həm də Qərb bazarlarının bağlandığı şəraitdə artırmağa imkan verəcək”.

Maliyyə naziri xatırladıb ki, Rusiyaya dost olmayan ölkələrin borcları rublla ödəniləcək: "Ancaq bir daha təkrar edirəm, Rusiya Federasiyasına dost olmayan və qızıl-valyuta ehtiyatlarının istifadəsinə bu cür məhdudiyyətlər qoyan ölkələrə ödəməli olduğumuz borcları rublla ödəyəcəyik”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər