18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycana gətirilən siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb
Tarix: 14-03-2022 22:22 | Bölmə: İqtisadiyyat
Azərbaycana gətirilən siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.

Eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Dəyişikliklərə əsasən qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə aksiz dərəcəsi 30 manat müəyyənləşdirilib.

Dəyişikiklərlə həmçinin birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub.

Baş nazir Əli Əsədovun digər qərarı ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən alkoqollu içkilərin də aksiz dərəcəsi artırılıb.

Qərara əsasən, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litrə görə 7,2 manatdan 8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan, cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün 1 litrə görə 11,2 manatdan 12 manata qaldırılıb.

Hər iki qərar 30 gün sonra qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər