18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Spiker: “53 milyard dollar strateji valyuta ehtiyatımız var”
Tarix: 15-03-2022 11:08 | Bölmə: İqtisadiyyat
Spiker: “53 milyard dollar strateji valyuta ehtiyatımız var”

"Hazırda Azərbaycanın 53 milyard dollar ABŞ dolları strateji valyuta ehtiyatı var”.

Bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“İndiyə qədər ölkə iqtisadiyyatın şaxələndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Əldə etdiyimiz nailiyyətləri beynəlxalq qurumlar müsbət qiymətləndirib. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işləri həyata keçirilir. Bu işlər ölkəmizin öz hesabna görürük. Bu il də ölkəmizin qarşısında vacib işlər dayanır və əminik ki, bu işlər uğurla həyata keçiriləcək. Ötən il hökumətin hesabatı zamanı irəli sürülən təkliflər diqqətlə araşdırılıb," - deyə o, qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər