Bayden Ukraynaya 13,6 milyard dollar yardım ayırıb
Tarix: 16-03-2022 00:01 | Bölmə: İqtisadiyyat
Bayden Ukraynaya 13,6 milyard dollar yardım ayırıb

ABŞ Prezidenti Cozef Bayden Konqresin hər iki palatası tərəfindən hökumətin cari maliyyə ili üçün 1,5 trilyon dollar məbləğində büdcə paketini qəbul edib.

Reyting.az
xəbər verir ki, bu paket digər məsələlərlə yanaşı, Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün 13,6 milyard ABŞ dollarının ayrılmasını nəzərdə tutur.

Qanun layihəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə və onun qonşu ölkələr üçün nəticələrinə cavab vermək üçün imzalanıb.

ABŞ Konqresinin qərarları sayəsində ölkə Ukraynaya hərbi və humanitar yardımı genişləndirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}