18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Almaniyanın enerji konserni Rusiyadan qaz alınmasını dayandırıb
Tarix: 16-03-2022 14:29 | Bölmə: İqtisadiyyat
Almaniyanın enerji konserni Rusiyadan qaz alınmasını dayandırıb

Almaniyanın ən böyük enerji konserni olan E.ON Ukraynada cərəyan edən hadisələr fonunda Rusiyadan qaz alınmasının dayandırıldığını açıqlayıb.

TASS xəbər verir ki, bu barədə konsernin Baş direktoru Leonard Birnbaumun bəyanatında deyilir.

“Biz qazı Avropanın topdansatış bazarlarından alırıq. E.ON konserni birbaşa istehsalçılarla uzunmüddətli müqavilələr bağlamır. Lakin portfelimizdəki təbii qazın kiçik bir hissəsi "Qazprom"un Avropadakı ticarət şirkətlərindən alınıb. Ukraynadakı müharibə səbəbindən bu şirkətlərdən yeni qaz həcmlərinin alınmasını dayandırmışıq. Rusiya bazarı bizim hədəf regionlarımız sırasına daxil deyil”, - bəyanatda bildirilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər