18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
FED uçot dərəcəsini artırıb
Tarix: 17-03-2022 00:02 | Bölmə: İqtisadiyyat
FED uçot dərəcəsini artırıb

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) ABŞ-ın 2022-ci ildə ÜDM-in artımı proqnozunu 4%-dən 2,8%-ə qədər pisləşdirib, 2023-cü il üçün isə 2,2%-lik proqnozu saxlayıb.

Məlumata görə, bununla yanaşı, ABŞ-ın 2024-cü il üçün ÜDM artımı proqnozu 2% səviyyəsində saxlanılıb.

Eyni zamanda, FED də ABŞ-da inflyasiya proqnozunu 2022-ci ildə 2,6%-dən 4,3%-ə, 2023-cü ildə 2,3%-dən 2,7%-ə, 2024-cü ildə 2,1%-dən 2,3%-ə yüksəldib.

ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnoz 2022-2023-cü illərdə 3,5% səviyyəsində saxlanılıb, 2024-cü ildə 3,5%-dən 3,6%-ə yüksəldilib.

Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75%-ə qədər artıracağını gözləyirlər. Komitə üzvlərinin gözləntilərinə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3,0-3,25%-ə qədər artırıla bilər. FOMC üzvlərinin əksəriyyəti FED-in 2022-ci ildə uçot dərəcəsini 1,75-2% səviyyəsinə qaldıracağını gözləyir.

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel bildirib ki, Ukraynadakı hadisələrin dünya və ABŞ iqtisadiyyatı üçün nəticələrini proqnozlaşdırmaq hazırda çox çətindir. Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr qlobal təchizat zəncirlərinin vəziyyətini pisləşdirə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək/Report.

Türkiyəli iqtisadfçılar bildirir ki, FED-in bu qərarı dünya iqtisadiyyatına ciddi təsir edəcək. Belə ki, dolların məzənnəsinin möhkəmlənməsi baş verəcək ki, bu da zəif iqtisadi resursları olan ölkələrə ciddi təsirini göstərəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər