18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya bazarında neftin qiyməti yenidən qalxır
Tarix: 17-03-2022 17:12 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neftin qiyməti yenidən qalxır

Siyasi gərginliyin qalması Rusiyadan tədarük üçün risklərə səbəb olduğu bir zamanda neft qiymətləri 5 % artıb.

Reyting.az
xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti yenidən 100 ABŞ dollarını ötüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 5,37 % bahalaşaraq, 1 bareli 103,28 ABŞ dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 5,01 % artaraq, 1 bareli 99,8 ABŞ dolları təşkil edib.

Cərəyan edən hadisələr fonunda Beynəlxalq Enerji Agentliyi (BEA) bəyan edib ki, gələn aydan etibarən Rusiyadan gündəlik 3 milyon barel neftin dünya bazarına tədarükü kəsilə bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər