Bəzi məhsulların ölkədən çıxarılması qadağan edilib - Siyahı
Tarix: 18-03-2022 21:43 | Bölmə: İqtisadiyyat
Bəzi məhsulların ölkədən çıxarılması qadağan edilib

Bu il dekabrın 31-dək Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı müəyyənləşib.

Reyting.az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında qeyd olunub.

Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı Nazirlər Kabinetinin saytında yerləşdirilib. Həmin məhsulların siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun: My Webpage




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}