Dünyada ərzaq böhranı yarana bilər
Tarix: 23-03-2022 21:53 | Bölmə: İqtisadiyyat
Dünyada ərzaq böhranı yarana bilər

Rusiyanın Ukraynaya hücumu Yaxın Şərqdə və Şimali Afrikada ərzaq böhranına səbəb ola bilər.

CNN-nin xəbərinə görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Quterreş bildirib ki, Ukrayna və Rusiyadan taxıl idxalının dayanması bir çox ölkədə iğtişaşlara səbəb ola bilər.

“Ərzaq, yanacaq və gübrə qiymətləri kəskin artır, tədarük zənciri qırılır. Bütün bunlar ən kasıb ölkələri sərt şəkildə vurur və dünyada siyasi qeyri-sabitlik və iğtişaşların toxumunu əkir”, - deyə Quterreş bildirib.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}