18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Aramsız yağışlar Cəlilabadda hektarlarla kartof sahəsinə ciddi ziyan vurub - Fotolar
Tarix: 25-03-2022 09:47 | Bölmə: İqtisadiyyat
Aramsız yağışlar Cəlilabadda hektarlarla kartof sahəsinə ciddi ziyan vurub

Cəlilabadda istixana şəraitində yetişdirilən kartof sahələrinin 40 faizinə ziyan dəyib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, rayonda aramsız yağışlar əkin, xüsusən kartof sahələrinə ciddi ziyan vurub. Cəlilabad ərazisindən keçən Mişarçayın daşması səbəbindən Muğan, Maşlıq və köhnə Ələt-Astara maqistral yolunun kənarlarında becərilmiş əkin sahələri su altında qalıb.

Fermerlər deyirlər ki, böyük əziyyətlə, istixana şəraitində becərdikləri kartof sahələrini su basıb.

Təsərrüfat işlərinə kifayət qədər vəsait xərcləndiyini bildirən sakinlərin sözlərinə görə, sel əkin sahələrinə ciddi ziyan vurması səbəbindən məhsuldarlıq xeyli aşağı düşüb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, həmin kəndlərdə istixana şəraitində becərilən kartoflar əsasən fərdi təsərrüfatlarda əkilir. Kifayət qədər vəsait tələb edən bu əkin növünün becərilməsində məqsəd məhsulu açıq sahələrə nisbətən satışa daha tez çıxarmaqdır. Amma indi sahələrin sel suları altında qalması məhsuldarlığın təxminən 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək.

Qeyd edək ki, Cəlilabad rayonunda 4 000 hektara yaxın sahədə kartof əkilir. Onun 1 000 hektarı istixanalarda becərilir. Hesablamalara görə, əkin sahələrinin təxminən yarısına ciddi ziyan dəyib.







Bölməyə aid digər xəbərlər
bütün xəbərlər