“Azercell” dilerlərə problem yaradır
Tarix: 28-03-2022 14:15 | Bölmə: İqtisadiyyat
“Azercell” dilerlərə problem yaradır

"Azercell Telekom” MMC Azərbaycandakı dilerlərə olan borcunu ödəmir. Ölkənin ən imkanlı mobil operatorunun yüzlərlə dileri olsa da, onlardan bəziləri “Azercell”dən pullarını ala bilmir.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə gundelik-baku.com saytı çıxış edib.

Bildirilir ki, dilerlər şəxsi vəsaitləri hesabına obyekt icarəyə götürüb, fəaliyyətləri qarşılığında hər ay əməkhaqqı və vergi ödəsələr də, “Azercell” onlara çatacaq vəsaiti vaxtlı-vaxtında vermir. Vəsait ödənişlərinin aylarla gecikdirildiyi iddia olunur. Ən ciddi problemlə Ağdaş və Tovuz rayonundakı dilerlərin üzləşdiyi bildirilir.

Qeyd olunur ki, “Azercell”in rəhbər şəxsləri MMC ilə əməkdaşlıq edənlərin hüquqlarının pozulmasını hansısa səbəbdən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki kadr dəyişikliyi ilə əsaslandırırlar.

Reyting.az "Azercell Telekom” MMC-nin məsələyə münasibətini işıqlandırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}