12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vahid Ələkbərov ötən il 750 milyon dollar qazanıb
Tarix: 23-03-2018 11:39 | Bölmə: İqtisadiyyat
Vahid Ələkbərov ötən il 750 milyon dollar qazanıb

“Forbes” jurnalının Rusiya versiyası son 1 ildə ən çox gəlir qazanmış 10 biznesmenin adını açıqlayıb. Gəlirlərin hesablanması zamanı səhm satışı və şirkətlərdən əldə edilən dividendlər əsas götürülüb.

Siyahıda Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov da yer alıb. “Lukoyl” şirkətinin prezidenti ötən il 750 milyon dollar qazanıb. Bu vəsait “Lukoyl”un gəlirlərinin 10 faiz artması hesabına başa gəlib. Vahid Ələkbərov gəlirlərinin həcminə görə Rusiyada 9-cu ən zəngin iş adamıdır.

2017-ci ildə ən çox varlanan iş adamı isə “Sibura” şirkətinin sahibi Kiril Şamanovdur. O, şirkətin 17 faizini satmaqla 2,3 milyard dollar gəlir əldə edib.

İkinci pillədə qərarlaşan Aleksey Mordaşov isə “Severstal” şirkərinin satışı və Nordgold şirkətinin dividendləri sayəsində 1,56 milyard dollar qazanıb.

İlk üçlüyü Vladimir Lisin tamamlayır. Biznesmenin şirkətlərinin səhmlərinin bahalaşması onu 1,23 milyard zənginləşdirib.

Siyahıda həmçinin, Süleyman Kərimov (980 milyon dollar), Mixail Proxorov (870 milyon dollar), Dmitri Rıbolovlev (860 milyon dollar), Oleq Deripaska (760 milyon dollar), Viktor Raşnikov (760 milyon dollar) və Əlişir Usmanov (660 milyon dollar) da yer alıb.(Modern.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər