18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Vahid Əhmədov: “Hesablama Palatasının yoxlamalarla bağlı rəyi bizə verilmir”
Tarix: 26-04-2022 12:50 | Bölmə: İqtisadiyyat
Vahid Əhmədov: “Hesablama Palatasının yoxlamalarla bağlı rəyi  bizə verilmir”

“İlbəil satınalmalarla bağlı problem Milli Məclisə təqdim edilən hesabatda əksini tapır, amma biz burada irəliləyiş görmürük”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, ikinci problem tenderlərlə bağlıdır: “Bunun şəffaf keçirilməsi ciddi problemə çevrilib. Hesablama Palatası bu məsələlərə nəzarəti artırmalıdır. Azərbaycan Hökuməti ilə Hesablama Palatası görüşlər keçirməli və verdiyi mühüm rəylərə nə qədər diqqət edildiyini müzakirə etməlidir. Eyni zamanda, Hesablama Palatasının nümayəndəsi Milli Məclisin iclaslarında iştirak etməli, burada səslənən fikirləri diqqətə almalı və növbəti ildə öz İş planında bu məsələləri nəzərə almalıdır. Büdcənin icrası ilə bağlı məsələyə biz bir dəfə baxırıq. Amma biz ildə bir neçə dəfə büdcənin icrasını müzakirə etməliyik. Digər tərəfdən, Hesablama Palatası tərəfindən keçirilən yoxlamalarla bağlı rəylər Milli Məclisə göndərilir, amma biz bu rəyləri görmürük. Sahibə xanım, xahiş edirəm ki, bu rəyləri müvafiq komitələrə verəsiniz”.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər