18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Xarici valyuta vəsaitlərini xaricdən qaytarmamağa görə cəza ağırlaşdırılıb
Tarix: 26-04-2022 13:34 | Bölmə: İqtisadiyyat
Xarici valyuta vəsaitlərini xaricdən qaytarmamağa görə cəza ağırlaşdırılıb

Xarici valyuta vəsaitlərini xaricdən qaytarmamağa görə cəzaların əhatə dairəsi genişləndirilib.

Reyting.az
xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, yalnız təşkilat rəhbərləri xarici valyuta vəsaitlərini qaytarmamaya görə cəzalandırılırdı.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər