18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İsrail Azərbaycanda aqrar sahənin su təminatı ilə bağlı 30 illik plan hazırlayır
Tarix: 27-04-2022 12:29 | Bölmə: İqtisadiyyat
İsrail Azərbaycanda aqrar sahənin su təminatı ilə bağlı 30 illik plan hazırlayır

İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə ilk işgüzar saziş imzalayıb.

Məlumata görə, bu saziş Azərbaycanın kənd təsərrüfatı üçün su qurumuna nəzarət və məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur.

Bildirilir ki, tərəflər arasında əldə edilmiş sazişdə nəzərdə tutulur ki, “Mekorot” gələcəkdə müqaviləni genişləndirmək imkanı ilə Azərbaycan üçün kənd təsərrüfatının su təminatı ilə bağlı bir neçə milyon İsrail şekelli dəyərində baş plan hazırlayacaq və layihələndirəcək.

Qeyd edilir ki, saziş özündə mövcud vəziyyətlərin və su balansının təhlilini əhatə edəcək, həmçinin 30 illik planı əhatə edəcək fəaliyyət istiqamətlərini göstərir.

Hazırda Azərbaycan ölkənin bəzi ərazilərində ildə bir milyard kubmetrə qədər su itkisindən və tükənməsindən əziyyət çəkir. İsrail şirkəti isə səmərəlilik, suyun tükənməsinin azaldılması, monitorinq və texniki xidmət üçün qabaqcıl modellərin istifadəsi, həmçinin enerji xərclərinin azaldılması üçün tövsiyələr hazırlayacaq.

Bildirilir ki, “Mekorot” şirkəti innovasiya və texnologiya bölməsi vasitəsilə dünyada təbliğ edilən bəzi həllərinə çıxış təmin edir.

Qeyd edək ki, “Mekorot” şirkətinin rəhbərliyinin Azərbaycana səfəri maliyyə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər