18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya ilə Avropa ölkələri arasında qazla bağlı qalmaqal böyüyür
Tarix: 27-04-2022 15:42 | Bölmə: İqtisadiyyat
Rusiya ilə Avropa ölkələri arasında qazla bağlı qalmaqal böyüyür

"Polşa və Bolqarıstandan başqa Rusiya qazının pulunu rublla ödəməyən digər dövlətlərə də qaz nəqli dayandırılacaq".

Reyting.az
xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O bildirib ki, rublla ödənişdən imtina edən dövlətlər barədə Putinin fərmanına əsasən, qərar veriləcək.

Məsələyə Avropa Komissiyasında da sərt reaksiya verilib. Bildirilib ki, bu, Rusiyanın açıq şantajıdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə “Twitter“də yazıb ki, “Qazprom”un qazı dayandırmaq qərarı Rusiyanın növbəti birtərəfli aqressiv addımıdır: "Mən Polşa Baş naziri Mateuş Moravietski və Bolqarıstan Baş naziri Kiril Petkov ilə danışıram. Biz vahid qalacağıq, Avropa İttifaqı vahid qalacaq və Rusiyanın enerji idxalını tədricən dayandırarkən bir-birimizi dəstəkləyəcəyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər