Maliyyə Nazirliyində yeni təyinatlar olub
Tarix: 28-04-2022 11:04 | Bölmə: İqtisadiyyat
Maliyyə Nazirliyində yeni təyinatlar olub

Maliyyə Nazirliyində yeni təyinatlar olub.

Reyting.az
xəbər verir ki, bu barədə nazirlik xəbər yayıb.

Bildirilib ki, nazir Samir Şərifovun əmri ilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Elman Piriyev Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Xaqani Rzayev Nazirliyin Aparatının Dövlət aparatının maliyyə şöbəsinin müdiri, Nazirliyin Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri, Nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov isə Nazirliyin Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifələrinə keçiriliblər: "Bununla yanaşı, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsinin icrası Agentliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadəyə, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin icrası isə Mərkəzin İmtahanların təşkili və keyfiyyət təminatı şöbəsinin müdiri Gülşən Orucovaya həvalə olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}