16:23 / 03-02-2026
Ermənistan vətəndaşlarınin məhkəməsi başlayır
16:15 / 03-02-2026
Ali Məclisdə yeni təyinat olub
16:00 / 03-02-2026
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə birgə hərbi təlimi izləyiblər - Fotolar
15:36 / 03-02-2026
Otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib
15:20 / 03-02-2026
Sabiq icra başçısının oğlu 40 villa alıb
15:15 / 03-02-2026
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
14:54 / 03-02-2026
"Tiktoker Roşka"nın məhkəməsi təxirə salınıb
14:46 / 03-02-2026
Qobustanda palçıq vulkanı püskürüb
14:41 / 03-02-2026
"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı" - Səidə Rəqsanə ilə barışıb
14:13 / 03-02-2026
"Alma ovu"na çıxan məmura yeni vəzifə verilib
14:05 / 03-02-2026
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
14:04 / 03-02-2026
İstanbul görüşü: ABŞ və İran böyük nəticə əldə edə biləcəkmi?
14:00 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar - Yenilənib
13:27 / 03-02-2026
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
13:12 / 03-02-2026
Yaponiyada güclü qar 30 nəfərin ölümünə səbəb olub
12:51 / 03-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:50 / 03-02-2026
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
12:34 / 03-02-2026
İki nəfər 26 kq narkotiklə tutulub
12:24 / 03-02-2026
Şura bloger və "tiktoker"lərə müraciət edib
12:21 / 03-02-2026
Türk dronları vətəndaş müharibəsinin axarını dəyişir
12:10 / 03-02-2026
Növbəti üç gündə qar yağacaq - Xəbərdarlıq
12:06 / 03-02-2026
Tehranda bazar yanır
11:59 / 03-02-2026
DYP sürücülərə müraciət edib
11:59 / 03-02-2026
Tramp universitetdən 1 milyard dollar təzminat istəyir
11:51 / 03-02-2026
Rusiya təhlükəsi: Finlandiya buzqıran gəmiləri hərəkətə gətirir
11:45 / 03-02-2026
Almaniyanı tərk edən qaçqınların sayı artıb
11:31 / 03-02-2026
Rus ordusu Odessanı zülmətə qərq edib
11:30 / 03-02-2026
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
11:23 / 03-02-2026
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
11:06 / 03-02-2026
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
Vüsal Qasımlı: “Neftin 5 dollar bahalaşması icmal büdcənin illik gəlirini 1,4 milyard manat artırır"
Tarix: 28-04-2022 15:59 | Bölmə: İqtisadiyyat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən fiskal siyasətin uğurları və perspektivləri barədə "Report"a müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Fiskal siyasət dövlətin qarşısında dayanan əsas məqsədlərin həllində necə rol oynayır?
- Azərbaycan iqtisadiyyatı “üç P” – post-konflikt, post-pandemiya və post-neft dövrünün çağırışlarına cavab verməlidir. Bu baxımdan fiskal siyasət mərkəzi rola sahibdir. Yüksək inflyasiyanı cilovlamağa çalışan və aralıq hədəfi pul kütləsi olan monetar siyasətlə fiskal dəstək tədbirlərinin uzlaşdırılması mürəkkəb bir məsələdir. Başqa sözlə, inflyasiya hədəfi pul kütləsini məhdudlaşdırmağa, dövlətin fiskal dəstəyinə böyüyən tələb isə artırmağa meyillidir. Bu arada qiymətlər sabitliyinin əsas lövbəri olan manatın məzənnəsinin dayanıqlılığı monetar və fiskal siyasətin “barışdırılmasında” mühüm rol oynayır. Əlbəttə, fiskal islahatların davam etdirilməsi, xüsusən orta-müddətli çərçivəsinin tətbiqi daha məqbuldur. Xarici ticarət şərtinin yaxşılaşması və tədiyyə balansının profisiti şəraitində yerli valyuta bazarında tarazlıq qorunur ki, bu da manatın sabitliyi üçün əsasdır. Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərraclarında tələb artıqlaması ilə qarşılanır və manat sabitliyini qoruyur.
Baxmayaraq ki, ölkənin qarşısında dayanan əsas məsələlər – milli təhlükəsizlik, azad olunmuş torpaqlarda quruculuq və əhalinin sosial rifahı dövlət xərcləmələrinə bağlıdır, yeni qəbul edilmiş büdcə qaydaları optimal həddləri müəyyənləşdirir. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna (ÜDM) nisbəti və dövlət borcunun ÜDM-ə nisbəti, həmçinin büdcənin əməliyyat hədəfi fiskal dayanıqlığın təmin olunmasına yönəlib. Yeri gəlmişkən, sadalanan hər iki büdcə qaydası və əməliyyat hədəfi hazırda yerinə yetirilir.
Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi çərçivəsində iri dövlət müəssisələrində korporativ standartların tətbiqi və Dövlət Neft Şirkəti (SOCAR) başda olmaqla satınalmalar zamanı yerli təchizat zəncirinin gücləndirilməsinə dəstək məqsədəuyğun siyasət istiqamətləridir.
IMF-in dünya üzrə iqtisadi artım proqnozlarını aşağı salmaqla yenidən təftişi ilə bərabər bir sıra ünlü iqtisadçılar, o cümlədən, Nuriel Rubini staqflyasiya təzyiqindən, başqa sözlə, yüksək inflyasiya və aşağı artım tempindən danışır. Xüsusən enerji inflyasiyası üzrə yeni terminlər yaradılıb: iqlim inflyasiyası - climateflation, xammal inflyasiyası - fossilflation və yaşıl inflyasiya – greenflation. Bu halda, Azərbaycan kimi ölkələrdə fiskal siyasətin əhəmiyyəti daha da yüksəlir və bizim iqtisadi artımda fiskal stimulların rolu böyükdür.
- İnflyasiyanın dövlət büdcəsinə təsirini necə qiymətləndirmək olar?
- Qısamüddətli dönəmdə inflyasiya büdcənin kəsirini azaltmağa xidmət edir. Belə ki, vergilər nominal qiymətlərə bağlı olduğundan qiymət artdıqca, vergi gəliri də nominal ifadədə çoxalır. Məsələn, İMF hesablayıb ki, illik inflyasiyanın 1 faiz bəndi artması büdcənin nominal gəlirlərini inkişaf etməkdə olan ölkələrdə 0,8%, inkişaf etmiş ölkələrdə isə 0,3% artırır. Azərbaycanda inflyasiyanın sürətlənməsinin büdcənin nominal gəlirlərinə təsiri var. Amma uzunmüddətli dönəmdə inflyasiya büdcə xərclərininə də təzyiq yaradır və fiskal fəzanı sıxır. Azərbaycan höküməti bu baxımdan artan büdcə gəlirlərini ilk növbədə əhalinin sosial rifahı, sahibkarlığın dəstəklənməsi, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi və ölkənin müdafiə qabiliyyətinin artırılmasına yönəldir. Məsələn, nadir hallarda olur ki, ilk rübdə dövlət büdcəsinin xərcləri 99% icra edilsin, amma bu il belə olub. Cari ilin 1-cü rübündə sosialyönümlü xərclər, o cümlədən, əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və yaxud 4,6% çox icra olunub. Digər fondlarımız da dəstək tədbirlərini davam etdirir. Məsələn, bu ilin əvvəlindən sahibkarlara dövlət dəstəyi çərçivəsində 368 layihənin maliyyələşdirilməsinə 13,3 milyon manat güzəştli kredit verilib.
Hökümət antiinflyasiya tədbirləri çərçivəsində əhalinin, xüsusilə aztəminatlı təbəqənin gəlirlərini inflyasiyaya yem olmaqdan qoruyur. Buna görə də hökumətin antiinflyasiya siyasətində sosial blok aparıcı yer tutur. Bu il 2,1 milyon nəfərin sosial ödənişlərinin artırılması üçün dövlət büdcəsindən əlavə 1,5 milyard manat vəsait ayrılıb. Bu siyasətin davam etdirilməsi və əhalinin, xüsusilə də yoxsul insanların inflyasiyanın təsirlərindən qorunması üçün fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Alınmış cari transfertlər gəlirlərin mənbələrə görə bölgüsündə təqribən hər bir kvintil üzrə 20% ətrafında formalaşır. Bu da onu deməyə imkan yaradır ki, birdəfəlik transfertlər əhalinin, əsasən aşağı təbəqənin gəlir bölgüsündə təsiredici rola malikdir. Xüsusilə də, kənd təsərrüfatı və ərzaq sənayesinə verilən subsidiya, güzəştli vergi, kredit, sığorta və lizinq alətlərindən istifadə əhalinin ərzağa əlçatarlığını təmin etmək üçün əhəmiyyətli hesab olunur.
- Yeni büdcə qaydasında nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin azalmasını necə qiymətləndirirsiniz?
- Burada əsas məsələ dövlət borcunun ortaçəkili effektiv faiz dərəcəsi ilə iqtisadi artım sürətinin müqayisəsidir. Dövlət borcunun ortaçəkili effektiv faiz dərəcəsi həm effektiv daxili faiz dərəcəsi, həm də effektiv xarici faiz dərəcəsi ilə müəyyənləşir ki, buna da inflyasiya təsir göstərir. Yəni inflyasiya həm daxili, həm də xarici real effektiv faiz dərəcəsinə azaldıcı təsir göstərir. Azərbaycanda sürətlənən inflyasiya və manatın sabit kursu real effektiv faiz dərəcələrini aşağı çəkir. Digər tərəfdən isə inflyasiyanın sürətlənməsi ÜDM-i də nominal “şişirdir” və beləliklə, dövlət borcu/ÜDM nisbətini azaldır.
Azərbaycanda bu ilin əvvəlindən iqtisadi artım, xüsusən də qeyri-neft sektoru üzrə böyümə tempi dövlət borcunun ortaçəkili effektiv faiz dərəcəsini üstələyir. Bu halda dövlət borcunun ÜDM-ə nisbəti də azalır.
Hökümət çalışır ki, ilkin balansı, yəni dövlətin gəlirləri ilə qeyri-faiz xərcləri, yəni dövlət borcuna xidmət etməyən xərclərinin fərqini tənzimləsin. Çox vaxt ilkin balansın ÜDM-ə nisbəti əsas götürülür. Məsələn, bu ilin birinci rübündə Azərbaycanda ilkin balansın ÜDM-ə nisbəti müsbət işarə ilə 5 % olub. Hansı ki, bu il inkişaf etməkdə olan ölkələrdə ilkin balansın ÜDM-ə nisbəti mənfi işarə ilə 3,8% proqnozlaşdırılır. Əgər nəzərə alsaq ki, ortaçəkili effektiv faiz dərəcəsi də ÜDM-in artım tempindən geridə qalır, onda Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin azalmasını deyə bilərik. Buna borcu sabitləşdirən ilkin balans yanaşması deyilir.
Məntiq deyir ki, dövlət borcunun yüksək səviyyəsi həm də ilkin balansının yüksək profisitini tələb edir ki, bu da iqtisadi artıma mənfi təsir göstərir. Çünki belə olduqda, dövlətin gəlirləri onun qeyri-faiz xərclərini üstələyir və beləliklə, daraldıcı fiskal siyasət həyata keçirilir. Hazırda dünyada əksər ölkələrin qarşılaşdığı və İMF-in “qırmızı xətti” – dövlət borcunun ÜDM-ə nisbətinin inkişaf etməkdə olan ölkələrdə 50 %-i aşması halı ciddi təhdid sayılır. Yüksək dövlət borcu şoklara qarşı iqtisadiyyatın həssaslığını artırır və milli təhlükəsizliyə qorxu yaradır.
Dövlət borcunda daxili komponentin gücləndirilməsi əsas hədəflərdən biridir.
- Daxili dövlət borcunun tənzimlənməsi necə aparılır?
- Yeri gəlmişkən, qlobal inflyasiya dövlət borcuna başqa istiqamətdən də təsir edir. Artan inflyasiya volatilliyi borclanma xərclərinə təzyiq göstərir və investorlar uzunmüddətli borc üçün daha yüksək “mükafat” tələb edirlər. Məsələn, İMF hesablayıb ki, inflyasiya volatilliyində standart kənarlaşmanın 1 vahid artması üç ildə hökümətin uzunmüddətli istiqrazlarının gəlirliliyini 0,5 vahid artıra bilər, eyni zamanda, dövlət borcu artdıqca bu trend də güclənir. Maraqlıdır ki, Azərbaycanda inflyasiyanın sürətlənməsinə baxmayaraq, dövlət istiqrazlarının nominal gəlirlilik səviyyəsi azalır. Məsələn, ötən il üçillik istiqrazın gəlirlilik səviyyəsi apreldə 7,8 % olduğu halda, bu ilin aprelində 4,3%-ə düşüb, deməli, inflyasiyanı da nəzərə alanda real gəlirlilik faizi kəskin azalıb. Bu hal investorların dövlətə inamının artması və məhdud alternativ sərmayə imkanlarının olması deməkdir. Hətta Maliyyə Nazirliyi tərəfindən 5 illik və 7 illik istiqrazların dövriyyəyə buraxılması onu göstərir ki, investorların risk antipatiyası azalıb və daha uzunmüddətli dönəmdə dövlətə inanırlar. Daha uzun müddətə və daha aşağı real gəlirliliklə dövlət qiymətli kağızlarının emissiyası dövlət borcunun strukturunda yerli borclanmanı, özü də daha əlverişli şərtlərlə artırır. Bu yolla, dövlət borcunda xarici borcun xüsusi çəkisi azalır və məzənnə riski də daxil olmaqla, bir sıra risklər yumşalır.
- Azərbaycanda gəlirlilik əyrisi formalaşıbmı?
- Dövlət borcunun gəlirlilik əyrisi, borc alətləri üzrə gəlir dərəcəsinin ödəmə müddəti artdıqca necə dəyişdiyini göstərən bir qrafikdir. Azərbaycanda baxsaq, son hərraclarda ikiillik dövlət istiqrazları 3,8 %, üçilliklər 4,3 %, beşilliklər 5,9 % olmaqla yerləşdirilib. Yeddillik dövlət istiqrazlarının orta ölçülmüş nominal gəlirliliyi 6 %-in üstündədir. Göründüyü kimi, dövlət istiqrazının ödəmə müddəti artdıqca, nominal gəlirliliyi də yüksəlir. Belə asılılıq iqtisadi artıma işarədir. Çevrilmiş gəlirlilik əyrisi isə əksinə, resessiyaya siqnaldır.
- Azərbaycanda fiskal balans haqqında nə demək olar?
- Azərbaycanda bu ilin ilk rübündə həm icmal, həm də dövlət büdcəsində profisit yaranıb. Hətta icmal büdcənin profisti ilk rübdə 1,7 milyard manat olmaqla ÜDM-in 5,5 %-ni təşkil edib. Hansı ki, bu il dünyada fiskal kəsirin ÜDM-ə nisbəti 4,9 %, inkişaf etməkdə olan ölkələrdə isə 5,7 % proqnozlaşdırılır. 2022-ci ilin ilk üç ayında dövlət büdcəsinin profisiti də proqnozlaşdırılan 903,5 milyon manatdan 476,6 milyon manat artıq olmaqla 1380,1 milyon manat təşkil edib. Gəlirlərin xərcləri üstələməsi fiskal siyasətdə daraldıcı effekt yaratmaqla həm də manatın sabitliyi və inflyasiyanın cilovlanmasına xidmət edir.
Hazırda dünyada icmal və dövlət büdcəsində profisit yaranan ölkələr barmaqla saymaq mümkündür. Məsələn, İndoneziya dövlət xərcləmələrini azaltmaqla büdcə kəsirini cilovlayır, Çin əksinə büdcə kəsiri və dövlət borcunun ÜDM-ə nisbətini artırır, pandemiya zamanı borcu kəskin artmış Cənubi Afrika Respublikasında isə dövlət borcunun ÜDM-ə nisbətinin 75 %-i ötəcəyi proqnozlaşdırılır.
2022-ci ilin ilk rübündə icmal büdcənin gəlirləri 7960,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 991,5 milyon manat və ya 14,2 % çoxdur. Əsas məsələ odur ki, icmal büdcənin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 26,5 %dir və inkişaf etməkdə olan ölkələrin orta göstəricisi ilə təxminən eynidir. Neft gəlirlərini də nəzərə alanda, bu bir tərəfdən “fiskal fəza”nın ölçüsünə işarədirsə, digər tərəfdən sahibkarlar və ev təsərrüfatları üçün “dövlət yükü”nün optimallığını göstərir.
- Bu ilin ilk rübündə büdcə gəlirlərinin tərkibində qeyri-neft sektoru nə qədər rol oynayır?
- Qeyri-neft sektorunun büdcə ödəmələri bu sahənin artım tempini dəfələrlə üstələyir. Bu ilin ilk rübündə qeyri-neft sektoru 10,3 % artdığı halda, qeyri-neft sektorundan Vergi Xidmətinin xəttilə daxilolma 49 % və Dövlət Gömrük Komitəsinin xəttilə 30,6 % çoxalıb. Vergi Xidmətinin xəttilə daxilolmalarda qeyri-neft sektorunun payı 80 %-i keçir. Beləliklə, vergi-gömrük inzibatçılığının təkmilləşməsi hesabına qeyri-neft sektorunda şəffaflaşma və gəlirlərin leqallaşması baş verir, üstəlik iqtisadi artım da öz sözünü deyir. Qeyri-neft sektorunun öz inkişaf tempindən daha yüksək sürətlə vergi-gömrük ödənişlərini həyata keçirməsi, həm də qeyri-neft sektorunun strukturu ilə bağlıdır. Belə ki, qeyri-neft sektorunda əsas drayver sənaye sahəsidir ki, burada daha böyük əlavə dəyər yaradılır və vergi bazası genişlənir.
Maliyyə Nazirliyinin məlumatına görə, ARDNF-dən dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3180 milyon manat məbləğində transfertə qarşı 2757 milyon manat məbləğində transfert daxil olub. Bu ilin ilk rübündə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423 milyon manat və ya 13,3 % az istifadə olunmasına imkan verib.
- Bəs dünya neft qiymətlərinin artması fiskal dayanıqlığa necə təsir göstərir?
- Bir tərəfdən neft gəlirlərinin artmasından icmal büdcə gəlirləri çoxalır. Neftin qiymətinin 5 ABŞ dolları artması icmal büdcə gəlirlərini proqnozla müqayisədə illik təqribən 1,4 milyard manat yüksəldir. Bu il makro proqnozlarda neftin qiymətini hər barel üçün 50 dollar götürdüyümüz halda, hazırda qiymətlər 100 dolları keçir. Spot müqavilələri əsasında satdığımız təbii qazın qiyməti də proqnozları dəfələrlə üstələyir. Təsadüfi deyil ki, bu ilin ilk rübündə mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Amma digər tərəfdən qlobal geopolitik risklərin artması səbəbindən bu ilin birinci rübündə ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranan mənfi fərq 1 milyard dollara yaxın olub. Düzdür, bu qısamüddətli bazar dəyişkənliyidir və bərpa oluna bilər.
- Azərbaycanda borc dayanıqlığını necə xarakterizə etmək olar?
- Qlobal səviyyədə dövlət borcu 2022-2024-cü illərdə ÜDM-in 94 %-i səviyyəsində proqnozlaşdırılır ki, Azərbaycanda bu sahədə vəziyyət beş dəfəyə qədər daha yaxşıdır. Artan %lər şəraitində dövlət borcunun qlobal səviyyədə belə yüksək olması borc həssaslığı və maliyyə sabitliyinə təhdid olmaqla iqtisadi artımı da buxovlayır. Borc dayanıqlılığı daha çox baza ssenarisinin üzərində qurulur. Baza ssenaridə ilk növbədə makroiqtisadi göstəricilər – iqtisadi artım, faiz dərəcəsi, inflyasiya, ilkin balans və mübadilə məzənnəsi nəzərə alınır. İkincisi, maliyyələşmənin xərcləridir, o cümlədən monetar siyasət və qlobal maliyyə bazarlarında vəziyyət əsas götürülür. Üçüncüsü, ilkin balansla bağlı dövlətin siyasətidir. Amma baza ssenarisi ilə yanaşı, həm də makro-fiskal təhlil zamanı stress testlər keçirilir. Məsələn, iqtisadi artım, faiz dərəcələri, mübadilə məzənnəsi, şərti öhdəliklər və ilkin balans gözlənilməz şokların təsiri altında dəyişə bilər. Azərbaycanda da borc dayanıqlığı beynəlxalq metodologiyalar əsasında dəyərləndirilir və buna uyğun siyasət qurulur.
- Hazırda dünyada yaşıl dövlət maliyyəsi islahatları həyata keçirilir. Azərbaycanda bu sahədə vəziyyət necədir?
- Yaşıl dövlət maliyyəsi ilk növbədə iqlim dəyişikliklərini yumşaltmaq və ona uyğunlaşmaq üçün milli və sektoral səviyyədə strategiyaları nəzərə almalıdır. Cənab Prezident tərəfindən müəyyənləşdirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri təmiz ətraf nühit və yaşıl artım ölkəsidir. Xüsusən də iqlim dəyişikliklərinə adekvat dövlət gəlirlərini və xərclərini özündə ehtiva edən orta-müddətli fiskal çərçivə müəyyənləşdirilməlidir. Azərbaycanda iqlim dəyişikliyinin nəticələri kimi orta temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması, ətraf mühitin mühafizəsi, alternativ enerji mənbələrinə keçid, enerji səmərəliliyi tədbirləri və s. yaşıl dövlət maliyyəsinə bağlıdır. Buna görə də fiskal islahatların aparılması zamanı iqlim təsirlərinin qiymətləndirilməsi zəruridir. Ümumiyyətlə büdcə siyasətinin ətraf mühitə təsirlərini ilkin, aralıq və son nəticələrə uyğun qiymətləndirmək lazımdır. Artıq dünyada 20-ə qədər dövlət yaşıl büdcə tətbiqinə keçiblər. “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” bu məsələləri də nəzərə alacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
Bu gün, 10:55
"Azvvallet"ə qadağa qoyulub
Bu gün, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
Bu gün, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
Dünən, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
Dünən, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
1-02-2026, 16:52
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər