Qarabağda biznes fəaliyyəti göstərmək üçün 1100 sahibkar müraciət edib
Tarix: 28-04-2022 16:58 | Bölmə: İqtisadiyyat
Qarabağda biznes fəaliyyəti göstərmək üçün 1100 sahibkar müraciət edib

Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 100 müraciət daxil olub.

Reyting.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bunlar həm yerli, həm də xarici sahibkarlardır: "Müraciətlər əsasən tikinti, xidmət, kənd təsərrüfatı, sənaye sektorlarını əhatə edir. 400-ə yaxın müraciət xarici iş adamlarının payına düşür. ABŞ, Avropa ölkələri , BƏƏ, Çin, İndoneziyadan müraciətlər var, tezliklə biznesə başlamaq istəyirlər. Hələ ki, Qarabağda gündəlik təlabat duyulan obyektlər açılıb".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər