Daha 16 dövlət əmlakı özəlləşdiriləcək
Tarix: 28-04-2022 17:43 | Bölmə: İqtisadiyyat
Daha 16 dövlət əmlakı özəlləşdiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 may tarixində hərrac keçiriləcək. Hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili çıxarılıb.

Xidmətdən Reyting.az-a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Lənkəran, Şəmkir, Balakən və digər rayonlarda yerləşir. Həmin obyektlər xidmət, sənaye sahələrinə aiddir. Tikililərin ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9298 kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərində yerləşən “Qubek Otel”dir. Adı çəkilən obyekt 9 milyon 100 min manata təklif olunur.

Tam siyahı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq olar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər