Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Tarix: 29-04-2022 12:11 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Reyting.az 
xəbər verir ki, bu barədə qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 17-də ictimaiyyətə açıqlanacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər