Putin Rusiyadan xammal və məhsulların ixracını qadağan edib
Tarix: 03-05-2022 14:37 | Bölmə: İqtisadiyyat
Putin Rusiyadan xammal və məhsulların ixracını qadağan edib

Rusiya Prezidenti Vladimir Putin bir sıra xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab iqtisadi tədbirlər haqqında fərman imzalayıb.

Mılumata görə, Putin hökumətə 10 gün ərzində cavab sanksiyalarına məruz qalan şəxslərin siyahısını müəyyən etməyi tapşırıb.

Sənəd Rusiya Federasiyasının cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslər qarşısında əməliyyatlar aparmağı və öhdəlikləri yerinə yetirməyi qadağan edir.

Fərman həmçinin Rusiyada sanksiyalar altında olan şəxslərin xeyrinə Rusiyadan xammal və məhsulların ixracını qadağan edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}