QHT Agentliyində nöqsanlar aşkarlanıb, layihələrdə iştirakçı sayı şişirdilir
Tarix: 04-05-2022 13:57 | Bölmə: İqtisadiyyat
QHT Agentliyində nöqsanlar aşkarlanıb, layihələrdə iştirakçı sayı şişirdilir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində aparılan auditin nəticəsində müəyyən olunub ki, layihələrdə iştirakçı sayı şişirdilir.

Reyting.az
xəbər verir ki, bunu APA-ya müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov deyib ki, beynəlxalq tədbirlərdə də belə hallar var: “Xidmət olunan yer göstərilmir, xidmətin nədən ibarət olduğu sənədlərdə ən yaxşı halda bir sətirli cümlə ilə rəsmiləşir. Ümumiyyətlə tədbirin keçirilməməsi, lakin sənəddə rəsmiləşdirilməsi riskləri yaranır. Vəsaitlərin istifadəsini təsdiq edən sənədlərin, o cümlədən, foto, video şəkillərin olması tələbi Agentliyin hesabatlıqla bağlı inzibatçılığı müəyyən edilir. Bu da səbəbsiz deyil, qrant vəsaitinin, xüsusilə, dövlət vəsaiti əsasında formalaşan qrantın hesabatlılığını təmin etmək mütləqdir”.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər