Avropa İttifaqı Azərbaycana yenə yardım ayıracaq
Tarix: 04-05-2022 17:13 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqı Azərbaycana yenə yardım ayıracaq

"Avropa İttifaqı Azərbaycanı azad olunmuş ərazilərdə minatəmizləmə məsələsində dəstəkləməyə davam edir və bunun üçün yardımın növbəti paketi hazırlanır".

Reyting.az
xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.

O bildirib ki, UNDP vasitəsilə ANAMA-nın minatəmizləmə fəaliyyətinə dəstək verilir: "Hazırkı yardım paketi 2,5 milyon avrodur. ANAMA mina təhlükəsini aradan qaldırmaq üçün böyük səylər göstərir. Azərbaycan qarşısında çox böyük vəzifələr durur. Biz növbəti yardım paketini hazırlamaq üçün çalışırıq və bu məsələdə Azərbaycana bundan sonra da dəstək verəcəyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər