Hərracda daha 2 səhmdar cəmiyyətin səhmləri və 19 maşın satılıb
Tarix: 05-05-2022 16:18 | Bölmə: İqtisadiyyat
Hərracda daha 2 səhmdar cəmiyyətin səhmləri və 19 maşın satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi, 19 nəqliyyat vasitəsi özəlləşdirilib.

Reyting.az
nazirliyə istinadən xəbər verir ki, dövlət əmlaklarına ümumilikdə 111 sifariş qəbul olunub ki, bunun 33-ü elektron qaydada həyata keçirilib.

Hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyətləri “Salyan Aqrotexservis” və “Sumqayıt Toxucu” ASC-dir. “Salyan Aqrotexservis” ASC-nin 30%-lik səhm paketi 96 191 manata, “Sumqayıt Toxucu” ASC-nin isə 30,1%-lik səhm paketi isə 49 663 manata satılıb.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq daha böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 2 000 manat olan “Kamaz” markalı yük avtomobilinə edilən ən son təklif 6 220 manat olub. Bundan başqa, “BMV” markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 6 250 manat olsa da, nəqliyyat vasitəsi 9 700 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 213 624 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3xD8yEt )

Növbəti hərrac mayın 10-da keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər