Ukrayna Avropaya qaz tranzitini dayandırıb
Tarix: 10-05-2022 19:50 | Bölmə: İqtisadiyyat
Ukrayna Avropaya qaz tranzitini dayandırıb

Ukrayna Rusiya hərbçiləri tərəfindən Luqansk vilayətində ələ keçirilən "Soxranovka" stansiyası vasitəsilə qazın Avropaya tranzitini dayandırıb.

"RBC-Ukraina" xəbər verir ki, bu barədə Ukraynanın GTS operatorunun mətbuat xidməti məlumat yayıb.

Şirkət fors-major vəziyyətin baş verdiyini açıqlayıb. Avropaya tranzitin demək olar ki, üçdə biri "Soxranovka" vasitəsilə reallaşır.

Belə ki, 11 may 2022-ci il saat 07:00-dan qovşaqdan qaz qəbul edilməyəcək.

Eyni zamanda, Ukrayna avropalı tərəfdaşlar qarşısında tranzit öhdəliklərini tam həcmdə və müqavilənin şərtlərinə uyğun yerinə yetirmək üçün tranzitin müvəqqəti başqa ərazidən həyata keçirilməsini düşünür/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}