FED-ə ilk dəfə qaradərili xanım rəhbərlik edəcək
Tarix: 11-05-2022 10:44 | Bölmə: İqtisadiyyat
FED-ə ilk dəfə qaradərili xanım rəhbərlik edəcək

ABŞ Senatı gərgin müzakirələrdən sonra FED-in (Mərkəzi Rezerv Sistemi) yeni rəhbərini təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə “Le Matin” saytı məlumat yayıb. Məlumata görə, bu posta iqtisadçı Liza Kuk təyin edilib.

O, FED-ə rəhbərlik edən ilk qaradərili kimi tarixə düşüb. Onun lehinə 51, əleyhinə 50 senator səs verib. Onun namizədliyinə qarşı çıxanların hamısı “Respublikaçı”lardır.

Liza Kuk Miçiqan və Oksford universitetlərinin məzunudur. Kaliforniya universitetində doktorluq dissertasiyası müdafiə edib. Rus və fransız dilləri də daxil olmaqla 5 dil bilir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}